EN

Toralın ilk het-triki

Azərbaycan Premyer Liqasının 5-ci turu mövsümün ilk het-triki ilə əlamətdar olub.

"Cebheinfo.az" xəbər verir ki, “Qarabağ”ın futbolçusu Toral Bayramov “Araz-Naxçıvan”la səfər oyununda üç qola imza atıb.

Bu, Toralın Premyer Liqada ilk het-trikidir. O, 1992-ci ildən keçirilən turnirin tarixində bir oyunda 3 qol vuran 108-ci futbolçu olub. Əvvəlki 33 mövsümdə 107 oyunçu 3 qollu matç keçirib.

Qeyd edək ki, “Qarabağ” “Araz-Naxçıvan”a 5:0 hesabı ilə qalib gəlib.

"Cebheinfo.az" 

Chosen
5
11
cebheinfo.az

10Sources