EN

AYNA sədri: Daşıyıcılar minimum resurs hesabına daha çox sərnişin daşımaq niyyətini güdürlər

AYNA
“Dövlət başçısının imzaladığı Fərmanın bu sahəyə gətirəcəyi dəyişiklikləri aydın anlamaq üçün ilk növbədə mövcud vəziyyəti bilmək vacibdir”. 1news.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayev brifinqdə deyib
Onun sözlərinə görə, paytaxtda müntəzəm avtobuslarla sərnişindaşıma xidmətləri 27 daşıyıcı tərəfindən həyata keçirilir və bu fəaliyyət üçün gündəlik 2 300 avtobus cəlb olunub. Qeyd olunub ki, bu 27 daşıyıcının yalnız 5-i ümumi avtobus parkının 58%-nə sahibdir. Onların istismar etdikləri avtobusların orta yaş həddi 7 il, digər daşıyıcıların avtobuslarının isə 12 ildir. “Hazırkı sistem sadə biznes modelinə əsaslanır – sərnişinlərdən toplanan gediş haqları ilə fəaliyyət göstərmək. Bu halda daşıyıcılar minimum resursla daha çox sərnişin daşımağa çalışır. Nəticədə hərəkət qrafiklərinə riayət etməkdə, avtobus tutumundan tam istifadə etməkdə problemlər yaranır və xidmətin keyfiyyəti aşağı düşür”, – deyə A. Rzayev bildirib.

Sədr vurğulayıb ki, sərnişinlər tərəfindən ödənilən gediş haqları tənzimlənən tariflərlə məhdudlaşır və bu model nə avtobusların istismar xərclərini qarşılamağa, nə də köhnələn avtobus parkını yeniləməyə imkan verir.

Chosen
7
1news.az

1Sources