Bakivaxti portalından verilən məlumata əsasən, ain.az bildirir.
16.09.2025-ci il tarixində saat 11:40 radələrində Gədəbəy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 2 azyaşlı (1-i kişi, 1-i qadın cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib:
"Zəruri tibbi yardım göstərildikdən sonra vəziyyətləri qənaətbəxş qiymətləndirilən hər iki azyaşlı ambulator müalicə üçün evə buraxılıb".
Mina Mikayılova
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.