EN

Çində daha bir təhlükəli xəstəlik: Fövqəladə vəziyyət

Çində artan “Chikungunya” qızdırması hallarına görə 3-cü səviyyə ictimai səhiyyə fövqəladə vəziyyəti elan edilib. 

"Cebheinfo.az" xəbər verir ki, Çinin cənubundakı Quanqdonq əyalətinin Jiangmen şəhərində ağcaqanadlardan keçən virusun səbəb olduğu “Chikungunya” qızdırması hallarının sayı 1714-ə yüksəlib. Regionda səhiyyə orqanlarının epidemiya səbəbilə 3-cü səviyyə “ictimai səhiyyə fövqəladə vəziyyəti” elan etdiyi bildirilib. Jiangmendə 19 sentyabra qədər 1714 hal qeydə alınıb, bütün halların yüngül olduğu, ağır xəstə və ölüm faktının aşkarlanmadığı vurğulanıb. 

Ağcaqanadlardan keçən eyni adlı virusun səbəb olduğu “Chikungunya” xəstəliyi qızdırma və oynaq ağrıları ilə özünü göstərir. Xəstəlik oynaqlarda şiş, əzələ ağrısı, baş ağrısı, ürəkbulanma, yorğunluq və dəri səpgilərinə səbəb ola bilir. 

Chosen
14
10
cebheinfo.az

10Sources