EN

Şəhər əhalisinin 17%-nin avtobus şəbəkəsinə çıxışı məhduddur - Sədr

Bakı. Trend:

Dayanıqlı maliyyələşdirmə mexanizmini formalaşdırmaq məqsədilə“brutto müqavilə” sistemi tətbiq ediləcək.

Trend xəbərverir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA)İdarə Heyətinin sədri Anar Rzayev
Prezident İlham Əliyevin Avtomobil nəqliyyatı ilə müntəzəmsərnişindaşıma sahəsinin təkmilləşdirilməsi ilə bağlı Fərmanınahəsr edilən brifinqdə bildirib.

O bildirib ki, “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindənbeynəlxalq məsləhətçi şirkət cəlb edilməklə Bakı şəhərinin inzibatiərazisinin və Abşeronun avtobus marşrut şəbəkəsininqiymətləndirilməsi həyata keçirilib:

"Müəyyən edilib ki, Bakı və Abşeron ərazisini əhatə edən marşrutşəbəkəsinin inteqrasiyası zəifdir, təkrar marşrutlar mövcuddur vəşəhər əhalisinin 17%-nin avtobus şəbəkəsinə çıxışı məhduddur.Avtobus marşrut şəbəkəsinin optimallaşdırılması məqsədilə şəbəkəyenidən işlənilib, marşrutlarda avtobusların sayları və hərəkətintervalları qiymətləndirilib".

Sədrin sözlərinə görə, yeni avtobus şəbəkəsinin tətbiqi iləavtobusla sərnişindaşıma sistemində avtobuslara olan tələbatın 2800ədəd olacağı gözlənilir:

"Avtobus parkının yaxın bir neçə il ərzində yenilənməsi üçüngərəkli investisiyanın sadə biznes model əsasında fəaliyyətgöstərən və maliyyə dayanıqlığına malik olmayan operatorlartərəfindən qarşılanması qeyri-mümkündür. Bu xüsusda Bakı və Abşeronərazisində ictimai nəqliyyat xidmətlərinin keyfiyyətini davamlıolaraq yüksək səviyyədə saxlamaq və avtobus parkının yenilənməsiüçün dayanıqlı maliyyələşdirmə mexanizmini formalaşdırmaq məqsədilə“brutto müqavilə” sistemi tətbiq ediləcək. Model çərçivəsində gedişhaqqının ödənilməsindən əldə edilən gəlir tənzimləyici qurumdatoplanacaq, daşıyıcı tərəfindən göstərilən xidmət üçün ödənişin birhissəsi bu vəsaitdən, çatışmayan hissəsi isə dövlət tərəfindənayrılan vəsait hesabına qarşılanacaq”.

Chosen
3
25
az.trend.az

10Sources