EN

68 nəfər SDU-da işə qəbul olunub

Sumqayıt Dövlət Universitetində (SDU) 2025/2026-cı tədris ili üçün mövcud vakansiyalar üzrə 15 iyul 2025-ci il tarixində elan olunmuş işə qəbul prosesi yekunlaşıb. 

TƏHSİL.BİZ  xəbər verir ki, müasir təhsil standartlarına cavab verən, elmi-pedaqoji bilik və təcrübəyə malik, yüksəkixtisaslı və innovativ düşüncəyə sahib kadrların seçilməsi məqsədilə həyata keçirilən bu proses həmçinin sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən mütəxəssislərin də tədrisə cəlb olunmasını nəzərdə tutub. 

İşə qəbul çərçivəsində 131 fənnin tədrisi üçün müddətli əmək müqaviləsi əsasında pedaqoji heyətin formalaşdırılması məqsədilə [email protected] elektron poçt ünvanına 1029 müraciət daxil olub. Daxil olan müraciətlər rektorun əmri ilə yaradılmış komissiya tərəfindən hərtərəfli araşdırılıb. İlkin seçim mərhələsinin nəticələrinə əsasən, 125 namizəd müsahibəyə dəvət olunub. Müsahibə mərhələsini uğurla başa vuran 85 namizəd növbəti mərhələyə – sınaq dərsi təqdim etməyə vəsiqə qazanıb. 

Yekunda isə 68 namizəd bütün mərhələləri müvəffəqiyyətlə tamamlayaraq Sumqayıt Dövlət Universitetində tam ştat, 0,5 ştat və ya saathesabı ilə pedaqoji fəaliyyətə başlamaq hüququ əldə edib.

 

 

 

 

 

Chosen
14
tehsil.biz

1Sources