EN

Bu ilin ikinci Günəş tutulması başa çatdı


İlin ikinci və son Günəş tutulması başa çatıb.

Medicina.az xəbər verir ki, bu, qismən tutulma olub. Təbiət hadisəsi saat 21:29:32-də başlayıb və sentyabrın 22-si saat 01:53:33-də sona çatıb. Tutulma 4 saat 22 dəqiqə davam edib. Təbiət hadisəsinin maksimumu sentyabrın 21-i saat 23:43:04-də olub.

Hadisə Sakit okean, Yeni Zelandiya və Antarktidada görünsə də, Azərbaycandan müşahidə edilməyib.


Chosen
15
4
medicina.az

10Sources