AZ

Bu ilin ikinci Günəş tutulması başa çatıb - YENİLƏNİB

İlin ikinci və son Günəş tutulması başa çatıb.

Sabahinfo.az xəbər verir ki, bu, qismən tutulma olub. Təbiət hadisəsi saat 21:29:32-də başlayıb və sentyabrın 22-si saat 01:53:33-də sona çatıb. Tutulma 4 saat 22 dəqiqə davam edib. Təbiət hadisəsinin maksimumu sentyabrın 21-i saat 23:43:04-də olub.

Hadisə Sakit okean, Yeni Zelandiya və Antarktidada görünsə də, Azərbaycandan müşahidə edilməyib.

***

21 sentyabr, saat 21:46

 

Sentyabrın 21-də saat 21:29-da ilin ikinci Günəş tutulması başlayıb. Bu, qismən Günəş tutulmasıdır.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Sabahinfo.aza verilən məlumata görə, tutulma hadisəsi sentyabrın 22-si saat 01:53-də sona çatacaq. Tutulmanın maksimumu sentyabrın 21-i saat 23:43-də olacaq.

Tutulma hadisəsi Sakit okean, Yeni Zelandiya və Antarktidada görünəcək, lakin Azərbaycan ərazisindən müşahidə olunmayacaq.

Seçilən
0
4
sabahinfo.az

10Mənbələr