EN

Səfir: Sülh yolunda qətiyyətlə irəliləyən bir ölkədə Fransanı təmsil etmək böyük şərəfdir

Fransanın Azərbaycandakı səfiri Sofi Laqut sülh yolunda qətiyyətlə irəliləyən bir ölkədə Fransanı təmsil etməyin onun üçün böyük şərəf olduğunu bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı Səfirliyinin sosial media hesabında paylaşım edilib.

"Tarixi, adət-ənənələri və müxtəlifliyi ilə zəngin, strateji əhəmiyyətə malik və sülh yolunda qətiyyətlə irəliləyən bir ölkədə Fransanı təmsil etmək mənim üçün böyük şərəfdir",- deyə o qeyd edib.

Diplomat daha sonra sələfi Ann Buayona təşəkkür edib:

"Əvvəlcə, çətin bir dövrdə Fransa ilə Azərbaycan arasında mövcud əlaqələri yaşatmaq üçün əlindən gələni əsirgəməyən sələfim Ann Buayona dərin ehtiramımı bildirmək istəyirəm. Sizi tezliklə tanımaq, gündəlik həyatlarında bu münasibətləri qoruyub saxlayanlarla, Bakıda və ondan kənarda Fransanın sadə, amma sabit mövcudluğunu təmin edən insanlarla görüşmək üçün səbirsizlənirəm. Həmçinin şəxsi və ya peşəkar fəaliyyətləri ilə Fransanın nüfuzunun artmasına töhfə verən hər kəslə tanış olmağı səbirsizliklə gözləyirəm".

Səfir fransız dilinin gücünə, onun təcəssüm etdirdiyi dialoq, açıqlıq və müxtəlifliyə hörmət kimi dəyərlərə xüsusi inamı olduğunu vurğulayıb:

"Fransız dilinə maraq göstərən, ölkəmizi və mədəniyyətimizi təhsil, səfərlər və ya biznes imkanları vasitəsilə kəşf etmək istəyən azərbaycanlıların daim yaşadığı maraq və həvəsə cavab vermək üçün bu sahədə fəaliyyətimizin iddialı qalmasına nəzarət edəcəyəm. Əminəm ki, Fransa dəyərlərini və maraqlarını birlikdə yüksək tutmağa və ölkələrimiz, xalqlarımız arasında münasibətləri inkişaf etdirməyə davam edəcəyik".

fransa səfiriSofi LaqutAnn Buayon

 

Chosen
12
3
ikisahil.az

4Sources