EN

Samir Şərifov:İnvestisiya forumu fikir mübadiləsi üçün yaxşı platformadır

BAKI, 22 sentyabr. TELEQRAF

İdeyalarımızı və innovasiyalarımızı dəstəkləyən vasitələrdən biri fikir mübadiləsidir və hazırda keçirdiyimiz investisiya forumu bu fikir mübadiləsi üçün çox yaxşı bir platformadır.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazirin müavini Samir Şərifov Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF-2025) qeyd edib.

Nazir qeyd edib ki, xüsusən də Forumdakı rəqəmsal transformasiya ilə bağlı platforma Azərbaycanın bu sahədə təşəbbüslərinin önə çıxacağı mühüm bir meydan olacaq:

“Biz bu istiqamətdə çox işlər görürük – müxtəlif biznes inkubatorlarından tutmuç, dövlət dəstəyi ilə həyata keçirilən proqramlar vasitəsilə startaplara xüsusi dəstək göstərilməsi, eləcə də Prezident İlham Əliyevin sərəncamı ilə qəbul edilmiş “Vision 2030” çərçivəsində Azərbaycan hökumətinin əsas prioritetlərindən biri olan təhsilə yatırımlara qədər. Deməli, bacarıqların inkişafı bizim üçün mühüm istiqamətdir”.

Chosen
14
teleqraf.com

1Sources