Cordan Pikford klubu ilə yenidən anlaşıb.
O, tezliklə “Everton”la müqaviləsini yeniləyəcək. İtaliyalı jurnalist Nikolo Skiranın verdiyi xəbərdə 31 yaşlı qapıçının İngiltərə klubu ilə razılaşdırdığı müqavilənin müddətinin 2028-ci ilin yayına qədər olacağı bildirilir.
Pikford “Everton”da 2017-ci ildən çıxış edir. O, bu mövsüm komandada keçirdiyi 5 oyundan ikisində qapısını toxunulmaz saxlayıb.