EN

İlham Zəkiyev: Avropa çempionu olandan sonra məni ilk təbrik edənlərdən biri Qurban Qurbanov oldu MÜSAHİBƏ

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 22 sentyabr, AZƏRTAC

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionartında qızıl medal qazanan Azərbaycan paracüdoçusu İlham Zəkiyev AZƏRTAC-ın suallarını cavablandırıb. Doqquzqat qitə çempionunun müsahibəsini təqdim edirik:

- Karyeranız ərzində doqquzuncu dəfə Avropa çempionu oldunuz. Təəssüratlarınız maraqlıdır...

- Bu yarışa hazırlığım bir az ağır keçmişdi. Çünki zədəm var idi. Turnirdən əvvəl bunu dilə gətirmək istəmirdim. Çünki hər kəs fikrimi bəhanə adlandıra bilərdi. Şükürlər olsun ki, məşqçilərlə birgə bunun öhdəsindən gəldik.

- Yarışdan əvvəl bu cür nəticəni gözləyirdiniz?

- Təbii ki, nəticə əldə edəcəyimə inanırdım. Gürcüstandakı yarış 11-ci Avropa çempionatım idi. Finaldakı rəqibim moldovalı İon Basokuya son AÇ-nin finalında məğlub olmuşdum. O, həm də sonuncu Paralimpiya Oyunlarının gümüş medalçısı idi. Mənim üçün prinsipial qarşılaşma oldu. Azərbaycanda 20 sentyab Dövlət Suverenliyi Günü kimi qeyd olunur. Həmin gündə qızıl medal qazanmaq və dövlət himnimizi səsləndirmək qürurverici hiss idi.

- Sizi idman ictimaiyyətindən kimlər təbrik etdi?

- “Qarabağ”ın “Benfika” üzərindəki qələbəsi bizə əlavə sitmul verdi. Qurban Qurbanovu nəticəyə görə təbrik etmişdim. Avropa çempionu olduqdan sonra isə məni ilk təbtik edənlərdən biri Qurban müəllim oldu.

- Maraqlıdır, İlham Zəkiyev doqquzuncu Avropa çempionluğunu kimi həsr edir?

- Zəfərimi xalqıma, müstəqillik uğrunda canından keçən şəhidlərimizə həsr edirəm. Allah Prezidentimizi və xalqımızı qorusun.

- Gələcək yarışlar üçün hədəfləriniz nədir?

- Növbəti məqsədim "Los-Anceles-2028" Yay Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil etməkdir. Zədə olmasa, yeddinci Paralimpiya Oyunlarım olacaq. Onlardan beşində medal qazanmışam.

- Bildiyiniz kimi, sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanın 7 şəhəri MDB Oyunlarına ev sahibliyi edəcək. Bu yarış haqqında nə deyə bilərsiniz?

- MDB Oyunları həm də dostluq yarışıdır. İnanıram ki, idmançılarımız uğurlu nəticə qazanaraq xalqımızı sevindirəcəklər. Artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Demək olar ki, hər il böyük yarışlara ev sahibliyi edirik.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
5
2
azertag.az

3Sources