“İmişli” Misli Premyer Liqasında ilk böyükhesablı qələbəsini qazanıb.
QOL.az xəbər verir ki, bu, 5-ci turun “Karvan”la matçına təsadüf edib.
Jorje Kaşkilyanın yetirmələri səfərdə üç cavabsız qol vurublar. İmişlinin eyniadlı klubu yarışın tarixinə böyükhesablı qələbə sevinci yaşayan 54-cü komanda kimi düşüb. İndiyədək çempionatda oynamış klublardan yalnız 9-u belə qələbə əldə etməyib.
Qeyd edək ki, “Karvan-Yevlax” ikinci böyükhesablı məğlubiyyətini alıb.