EN

Tramp Maskla barışdı


ABŞ Prezidenti Donald Tramp amerikalı sahibkar İlon Maskla barışıb.  
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bu, mühafizəkar fəal Çarli Kirklə vida mərasiminin keçirildiyi Arizona ştatındakı “State Farm” İdman Arenasında baş verib.
Belə ki, müdafiə naziri Pit Heqsetin çıxışı zamanı siyasətçi və iş adamı qısa söhbət edib. Daha sonra Tramp əlini həmsöhbətinə uzadıb. Mask isə onun əlini sıxıb və gedib.
Tramp Maskla söhbətini yüksək qiymətləndirib. O, Arizonadan Vaşinqtona uçan təyyarədə jurnalistin verdiyi suala: “İlon gəlib salam verdi və biz bir az danışdıq. Düşünrəm ki, bu çox əla oldu”, - deyə cavab verib.
Tramp Maskla söhbətinin təfərrüatlarını açıqlamasa da, onun Maska dediklərini Dodaq oxuma mütəxəssisi müəyyən edib.
Mütəxəssisin sözlərinə görə, Tramp Maskdan işlərinin necə getdiyini soruşub. Prezident daha sonra “İlon, eşitdim ki, mənimlə danışmaq istəyirsən”, - deyib. Mask isə cavab olaraq çiyinlərini çəkib.
Daha sonra Tramp yenidən Maska üz tutub və ona vəziyyəti yoluna qoymaq üçün bir yol tapmağı təklif edib. Mask cavab olaraq başını tərpədib. Daha sonra Ağ Ev rəhbəri biznesmenin əlindən tutub və onun üçün darıxdığını bildirib.
Qeyd edək ki, bu görüş, may ayından bəri Tramp və Mask arasımdakı fikir ayrılıqları fonunda ictimaiyyət qarşısında ilk görüşləri olub.
Chosen
5
yeniavaz.com

1Sources