EN

Emin Ağalarov: Prezidentin baxışı Azərbaycanda irimiqyaslı layihələri mümkün edir

Azərbaycan həqiqətən heyrətamiz və çoxşaxəli ölkədir.

Ölkə.az xəbər verir ki, bunu “Sea Breeze”in sahibi və təsisçisi, “Agalarov Development”in prezidenti Emin Ağalarov Bakıda I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) çərçivəsində bildirib.

“Bizim üçün bütün sahələrdə inkişafın şahidi olmaq və burada dünyanın hər yerindən insanları birləşdirən nə qədər böyük beynəlxalq tədbirlərin keçirildiyini görmək xüsusi qürurdur”, – o qeyd edib.

E.Ağalarov Azərbaycan hökumətinə təşəkkür edib: “İlk növbədə, Azərbaycan Prezidenti İlham Əliyevə onun baxışı, liderliyi və bu tədbirin bu gün burada keçirilməsini mümkün etdiyi üçün təşəkkürümü bildirmək istəyirəm. Onun baxışı bunu regionun ən böyük turizm obyektlərindən birinə çevirir. Ümid edirik ki, sizə daha çox şey göstərmək imkanımız olacaq”.

Chosen
13
7
olke.az

9Sources