ain.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.
Azərbaycanın regional və beynəlxalq təhlükəsizlik məsələlərində aktiv və əvəzedilməz ölkəyə çevrilməsi bir faktdır. Cənubi Qafqaz, Yaxın Şərq problemlərinin həll edilməsi üçün Azərbaycanın oynadığı vasitəçilik rolu böyük olmaqla yanaşı həmçinin neokolonializmdən əziyyət çəkən ölkələrin də ümid yeri olub. Bu baxımdan Bakıda keçirilən Bakı Təhlükəsizlik Forumunun beynəlxalq təhlükəsizlik problemlərinin qarşısının alınmasında və həllində mühüm rol oynayacağı mütləqdir. Məsələ ondadır ki, Azərbaycan dövləti uzun illər ərzində problemli Qarabağ və ətraf rayonların işğalı məsələlərində bilavasitə özü məşğul olub. Bu zaman istər region, istərsə də beynəlxalq güclərlə apardığı danışıqlar zamanı böyük təcrübə toplamaqla yanaşı həmçinin həmin güc mərkəzlərinin istək və oyun qurma xüsusiyyətlərinə bələd olub. Onlarla necə danışıq aparmaq yollarını təcrübə edib. Bu baxımdandır ki, apardığı Vətən müharibəsində həmin beynəlxalq güclər Azərbaycana ciddi maneələr yarada bilmədilər və ya istəmədilər. Hesab edirəm ki, Bakıda keçirilən bu tədbir Azərbaycanın təcrübə və fikirlərinə ehtiyacı olan ölkələrə yaxşı məktəb ola bilər. Azərbaycanın iştirak etdiyi böyük tədbirlərin daim nəticələri də böyük olub. Odur ki, bu tədbirin də uğurlu olacağına şübhə yoxdur. Azərbaycan həmişəki kimi dünya təhlükəsizliyinə öz töhfəsini verəcəkdir.Azər Qasımov, ƏHD Partiyasının sədrinin müşaviri
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.