III Karl 116 yaşlı Etel Katerhemlə görüşüb və onun unudulmaz xatirələrini dinləyib...
Poliqon xəbər verir ki, Böyük Britaniya kralı III Karl dünyanın ən yaşlı insanı hesab olunan Etel Katerhemi xüsusi olaraq ziyarət edib. 116 yaşlı qadın monarxa zarafatla bildirib ki, vaxtilə bütün qızlar ona aşiq olub və onunla evlənmək istəyib.
Etel Katerhem hazırda Surreydə, Laitvoter qəsəbəsində yerləşən qocalar evində yaşayır və kral VII Eduardın son sağ qalan təbəəsi sayılır. O, bu ilin aprelində Braziliyalı rahibə, 116 yaşında vəfat edən İna Kanbarro Lukasın ölümündən sonra dünyada ən yaşlı insan elan olunub.
Etel Katerhem 1909-cu ilin 21 avqustunda, “Titanik” faciəsindən üç il əvvəl dünyaya gəlib. Onun ömrü Rusiya inqilabını, Böyük Depressiyanı, iki dünya müharibəsini və Covid-19 pandemiyasını əhatə edib.
Katerhem ötən il 115 illik yubileyində kral III Karldan şəxsi təbrik məktubu alıb. Həmin məktubda monarx onun “həqiqətən də möhtəşəm bir mərhələ” yaşadığını qeyd etmişdi.
III Karl bu dəfəki görüşdə Katerhemin 1969-cu ilə dair xatirələrinə heyranlığını bildirib. Həmin vaxt 21 yaşı olan kral, Uels şahzadəsi titulu aldığını xatırladıb və Katerhemin həmin dövrdə “çox qızın sevgisinin ünvanı olması” barədə zarafatına gülümsəyərək cavab verib.
Qeyd edək ki, Katerhem əvvəlcə doğum gününü sakit şəkildə qeyd etmək istədiyini bildirsə də, kralın bu ziyarəti ilə yubileyi daha da unudulmaz olub.
Poliqon.info