“Azərpoçt” MMC bir neçə cəhddən sonra nəhayət, arzusunu reallaşdıra bilib. Tribunainfo.az xəbər verir ki, qurum dünən keçirdiyi tenderin nəticələrini açıqlayıb.
Məlum olub ki, ikinci cəhddən sonra MMC pikap tipli avtomobillərin satın alınmasını reallaşdıra bilib. Belə ki, “Azərpoçt” “ALFA MOTORS COMPANY” MMC ilə 4 ədəd pikap maşınının alınmasına razılaşıb. Bunun üçün isə 177 min manat pul ödəməyi öhdəlik kimi götürüb.
Xatırladaq ki, “Azərpoçt” MMC avtomobil alınması üçün bir neçə dəfə tender keçirsə də, hər dəfəsində müxtəlif səbəblərdən ləğv edilmişdi. Görünən odur ki, qurum nəhayət, arzusunu reallaşdıra bilib.
Fərda Uğur