EN

“Biz nüvə silahından əl çəkməyəcəyik”- Kim Çen In

“Şimali Koreya nüvə silahından imtina etməyəcək.” 

Redaktor.az xəbər verir ki, bunu Şimali Koreya Prezidenti Kim Çen In deyib. 

"İndi də ABŞ-ın nüvəsizləşdirmə siyasətini dəstəkləyən çoxlu qüvvələr var. Bu qüvvələr KXDR-in suverenliyinə məhəl qoymur və onu ciddi şəkildə pozurlar", - Kim Çen In deyib. 

O, Pxenyanın nüvəsizləşdirilməsi çağırışlarının konstitusiya quruluşuna hücuma bərabər olduğunu iddia edib. 

Çünki Şimali Koreyanın nüvə statusu ölkənin əsas qanununda müəyyən edilib. 

"Biz nüvə silahından əl çəkməyəcəyik", - deyə Şimali Koreya lideri əlavə edib.

Chosen
13
5
redaktor.az

7Sources