Bakı. Trend:
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi -AZPROMO ilə Dünya İqtisadi Forumu (WEF) arasında Assosiativ MərkəzTərəfdaşlıq (Üzvlük) Sazişi imzalanıb.
Trend xəbər verirki, Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumuçərçivəsində baş tutan mərasimdə sənədi AZPROMO-nun İcraçıDirektoru Yusif Abdullayev və WEF-in Beynəlxalq Ticarət vəİnvestisiyalar üzrə Siyasət və İcma rəhbəri Metyu Stepensonimzalayıb.
Bu saziş beynəlxalq ticarət və investisiya sahəsində əlaqələringenişləndirilməsini və strateji əməkdaşlıq imkanlarınınartırılmasını nəzərdə tutur.