EN

Tramp: Mən rəqiblərimə nifrət edirəm...

ABŞ prezidenti mərhum Çarli Kərk barədə danışarkən qalmaqallı açıqlama verib...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp sağçı aktivist Çarli Kərk ilə vida mərasimində çıxış edərək qalmaqallı bəyanat səsləndirib. Arizona ştatında yerləşən State Farm stadionunda sentyabrın 21-də keçirilən mərasimdə Tramp mərhumun həyat yolunu xatırladıb, lakin öz şəxsi münasibətini sərt şəkildə ifadə edib.

“Çarli böyük və ali məqsədlərlə yaşayan missioner idi. O, rəqiblərinə nifrət etmir, onlar üçün yalnız ən yaxşısını arzulayırdı. Mən isə bu məsələdə Çarli ilə razılaşmıram. Mən rəqiblərimə nifrət edirəm və onlara ən yaxşısını arzulamıram”, – deyə Tramp bildirib.

Çarli Kərk Trampın tərəfdarı kimi tanınan sağçı ictimai-siyasi xadim idi. O, sentyabrın 10-da Yuta Vadisi Universitetində tələbələrlə görüş zamanı odlu silah hücumunun qurbanı olub. Hadisədən bir gün sonra cinayətdə təqsirləndirilən Tayler Ceyms Robinson saxlanılıb.

Kərk ABŞ-da konservativ gənclər hərəkatının aparıcı simalarından biri kimi tanınırdı və Tramp administrasiyasının siyasətinə açıq dəstək verirdi. Onun qəfil ölümü Amerika ictimaiyyətində ciddi rezonans doğurub. Trampın vida mərasimindəki açıqlamaları isə həm tərəfdarları, həm də opponentləri arasında geniş müzakirələrə səbəb olub.

Poliqon.info

Chosen
21
poliqon.info

1Sources