EN

Qazaxıstanlı iş adamı "Real Madrid" üzərində qələbəyə görə "Kayrat"ın oyunçularına avtomobil vəd etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qazaxıstandan olan multimilyonçu Tursenqali Alaquzov "Kayrat" komandasının futbolçularına avtomobil hədiyyə etmək vədini verib.
Oxu.Az bildirir ki, bu barədə iş adamı videomüraciətində məlumat verib.
Bunun üçün isə Almatı təmsilçisinin futbolçuları UEFA Çempionlar Liqasında "Real Madrid" komandasını məğlub etməlidirlər.
"Əziz qazaxıstanlılar, mən də hamı kimi vətənpərvərəm... Bilirik ki, 10 gündən sonra sevimli "Kayrat" komandamız "Real Madrid"lə qarşılaşacaq. Buna görə də respublikanın vətənpərvəri kimi və ad günüm ərəfəsində söz verirəm: "Kayrat" qalib gələrsə, matçda oynayan hər bir futbolçuya avtomobil hədiyyə edəcəyəm" , - deyə "Galanz Bottlers" alkoqolsuz içkilər şirkətinin sahibi vurğulayıb.
Qeyd edək ki, Alaquzov Qazaxıstanın ən varlı iş adamları siyahısında 61-ci yeri turur. Onun sərvəti 130 milyon dollar məbləğində qiymətləndirilir.
Chosen
43
1
oxu.az

2Sources