EN

Super Liqa: “Fənərbağça” “Kasımpaşa” ilə bacarmadı

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 6-cı turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə dörd qarşılaşma baş tutub.

“Başakşəhər” – “Alanyaspor”, “Kocaelispor” – “Rizəspor” və “Kasımpaşa” – “Fənərbağça” matçlarında qalib müəyyənləşməyib. Hər üç oyunda komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Beş qolun vurulduğu “Samsunspor” – “Karagümrük” oyununda isə meydan sahibləri çətin qələbəyə seviniblər.

6-cı tura sentyabrın 22-də keçiriləcək “Qalatasaray” – “Konyaspor” oyunu ilə yekun vurulacaq.

Türkiyə, Super Liqa
6-cı tur

19 sentyabr

Göztəpə – Beşiktaş 3:0
Qollar: J.Santos, 4. Raldney, 19. Sabra, 84.

20 sentyabr

Gənclərbirliyi – Eyüpspor 1:0
Qol: Tonqya, 36.

Antalyaspor – Kayserispor 1:1
Qollar: Cikiya, 52 – Benes, 90+2.

Trabzonspor – Qaziantep 1:1
Qollar: Onuaçu, 70 – K.Rodriqes, 39.

21 sentyabr

Başakşəhər – Alanyaspor 1:1
Qollar: Şomurodov, 29 – Oqundu, 52.

Kocaelispor – Rizəspor 1:1
Qollar: Petkoviç, 45+13-pen – Olavoyin, 45+1.

Kasımpaşa – Fənərbağça 1:1
Qollar: Hayradinoviç, 64 – Asensio, 3.

Samsunspor – Karagümrük 3:2
Qollar: A.Çinar, 52-öz qapısına. Ndiaye, 54. Musaba, 90+3 – Şatka, 31-öz qapısına. Fofana, 81.

22 sentyabr

21:00. Qalatasaray – Konyaspor

error: Məzmun qorunur!
Chosen
12
35
arena.az

10Sources