EN

ABŞ Dominikan Respublikası sahillərində narkotik daşıyan qayığı məhv edib

ABŞ hərbçilərinin Dominikan Respublikası sahillərində endirdiyi zərbə nəticəsində narkotik daşıyan sürətli qayıq məhv edilib.

Teleqraf xəbər verir ki, bu barədəyerli "Diario Libre" qəzeti məlumat yayıb.

Məlumata görə, ABŞ-Dominikan birgə əməliyyatı nəticəsində 377 paket narkotik ələ keçirilib.

Əməliyyat Dominikanın Pedernales əyalətindəki Beata adası yaxınlığında icra edilib.

Mövcud kəşfiyyat məlumatlarına görə, narkotik alverçiləri Dominikan ərazisindən narkotikləri ABŞ-a tranzit etmək üçün istifadə etmək niyyətində olublar. Xəbərdarlıqdan sonra ABŞ Cənub Komandanlığı, Dominikan Narkotiklərlə Mübarizə Agentliyi və Dominikan Hərbi Dəniz Qüvvələri ilə sıx əməkdaşlıq çərçivəsində dəniz və hava nəzarəti protokolları işə salınıb.

Dominikan Narkotiklərlə Mübarizə Agentliyi (DAEA) yükün mənşəyini və bu beynəlxalq cinayət əməliyyatına cavabdeh olan şəxsləri müəyyən etmək üçün araşdırmaya başlayıb.

Chosen
50
teleqraf.com

1Sources