EN

Premyer Liqa: “Arsenal” MS-yə 90+3-cü dəqiqədə cavab verdi

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 5-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə 3 qarşılaşma baş tutub.

Hər üç oyun bərabərliklə yekunlaşıb. “Bornmut” – “Nyukasl” ümumiyyətlə qolsuz bitib. “Sanderlend” – “Aston Villa” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Arsenal” isə turun mərkəzi oyununda “Mançester Siti” ilə qarşılaşıb. Bu görüşdə də tərəflər 1 qolla 1 xal əldə ediblər.

Beləliklə, 5 turdan sonra itkisiz irəliləyən yeganə komanda “Liverpul”dur – 15 xal! “Arsenal”, “Tottenhem” və “Bornmut” 10 xal toplayıblar.

İngiltərə, Premyer Liqa
5-ci tur

20 sentyabr

Fulhem – Brentford 3:1
Qollar: İvobi, 38. H.Uilson, 40. Pinnok, 50-öz qapısına – Damsqaard, 20.

Mançester Yunayted – Çelsi 2:1
Qollar: B.Fernandes, 14. Kazemiro, 37 – Çaloba, 80.

Brayton – Tottenhem 2:2
Qollar: Minteh, 8. Ayari, 31 – Riçarlison, 43. Van Hekke, 82-öz qapısına.

Börnli – Nottingem Forest 1:1
Qollar: Antoni, 20 – N.Uilyams, 2.

Vest Hem – Kristal Pelas 1:2
Qollar: Bouen, 49 – Mateta, 37. Mitçell, 68.

Vulverhempton – Lids 1:3
Qollar: Kreyçi, 8 – Kalvert, 31. Stax, 39. Okafor, 45.

Liverpul – Everton 2:1
Qollar: Qravenberx, 10. Ekitike, 29 – Qeye, 58.

21 sentyabr

Bornmut – Nyukasl 0:0

Sanderlend – Aston Villa 1:1
Qollar: İsidor, 75 – Kaş, 67.

Arsenal – Mançester Siti 1:1
Qollar: Martinelli, 90+3 – Haland, 9.

error: Məzmun qorunur!
Chosen
8
35
arena.az

10Sources