EN

Saşa İliç: "Çox yersiz qol buraxdıq"

"Bu gün maraqlı oyun keçdi. Əlimizə düşən şanslarından istifadə etmədik. Çox yersiz qol buraxdıq. Həmin epizodda xeyli müdafiəçimiz var idi. Futboldur da, belə şeylər olur".

İdman.biz xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Saşa iliç Misli Premyer Liqasında 5-ci turun son oyununda "kimyaçılar"ın "Neftçi"yə 0:2 hesabı ilə uduzduqdan sonra keçirilən mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, "Neftçi"yə qarşı əvvəl futbolçu kimi oynayıb, bu gün isə baş məşqçi kimi: "Oyunçu kimi bir dəfə təsnifat mərhələsində və qrup mərhələsində bu komandaya qarşı oynamışam. Həmin görüşlər fərqlidir. Oyunçu və məşqçi kimi deyirəm. "Neftçi" Azərbaycanın ən böyük klublarından biridir.

Baş məşqçi əlavə edib ki, oyun zamanı bəzi səhvlər olub: "Qolları bu səhvdən sonra buraxdıq. Bu gün "Neftçi"dən daha yaxşı oynadıq. Üç vuracağımız epizod oldu, dəyərləndirə bilmədik. Səhvlər buraxdıq. Ən böyük səhv isə müdafiədə buraxdığımız səhvlər idi".

İdman.biz

Chosen
33
5
idman.biz

10Sources