EN

Müdafiədə böyük səhvlər buraxdıq Saşa İliç

ain.az bildirir, Qol.az saytına əsaslanaraq.

"Sumqayıt"ın baş məşqçisi Saşa İliç Misli Premyer Liqasının 5-ci turunda "Neftçi"yə 0:2 hesabı ilə uduzduqları oyunu şərh edib.

QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib: 

- Bu gün maraqlı oyun keçdi. Yaratdığımız şanslardan istifadə edə bilmədik. Çox yersiz qol buraxdıq. Bu, futboldur, belə şeylər olur. “Neftçi”ni qələbə münasibəti ilə təbrik edirəm.

- Futbolçu kimi də "Partizan"ın heyətində "Neftçi"yə qarşı oynamısınız...

- Bəli, əvvəl futbolçu kimi oynamışdım. Bir dəfə avrokubokların təsnifat mərhələsində və qrup mərhələsində. Oyunçu və məşqçi kimi görüşlər fərqlidir. "Neftçi" Azərbaycanın ən böyük klublarından biridir.

- Son iki matçda "Sumqayıt"ın oyununda eniş hiss olunur. Buna münasibətiniz nədir?

- Mən belə fikirləşmirəm. Çünki qolları bəzi səhvlər olduqdan sonra buraxdıq. Bu gün "Neftçi"dən daha yaxşı oynadıq. Səhvlər buraxdıq. Ən böyük səhv isə müdafiədə buraxdığımız səhvlər idi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
12
1
qol.az

2Sources