"Sumqayıt"ın baş məşqçisi Saşa İliç Misli Premyer Liqasının 5-ci turunda "Neftçi"yə 0:2 hesabı ilə uduzduqları oyunu şərh edib.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
- Bu gün maraqlı oyun keçdi. Yaratdığımız şanslardan istifadə edə bilmədik. Çox yersiz qol buraxdıq. Bu, futboldur, belə şeylər olur. “Neftçi”ni qələbə münasibəti ilə təbrik edirəm.
- Futbolçu kimi də "Partizan"ın heyətində "Neftçi"yə qarşı oynamısınız...
- Bəli, əvvəl futbolçu kimi oynamışdım. Bir dəfə avrokubokların təsnifat mərhələsində və qrup mərhələsində. Oyunçu və məşqçi kimi görüşlər fərqlidir. "Neftçi" Azərbaycanın ən böyük klublarından biridir.
- Son iki matçda "Sumqayıt"ın oyununda eniş hiss olunur. Buna münasibətiniz nədir?
- Mən belə fikirləşmirəm. Çünki qolları bəzi səhvlər olduqdan sonra buraxdıq. Bu gün "Neftçi"dən daha yaxşı oynadıq. Səhvlər buraxdıq. Ən böyük səhv isə müdafiədə buraxdığımız səhvlər idi.