EN

Mbappe Anrini geridə qoydu

“Real” klubunun hücumçusu Kilian Mbappe İspaniya La Liqasının V turu çərçivəsində “Espanyol”la (2:0) matçda vurduğu qol ilə La Liqada 36-cı qoluna imza atıb.

90deqiqe.Az-ın məlumatına görə, bu göstərici ilə 26 yaşlı futbolçu “Barselona”nın sabiq hücumçusu Tyeri Anrini (35 qol) geridə qoyub.

Qeyd olunur ki, Mbappe 36 qolu 39 oyunda vurub, Anri isə 35 qolu 80 oyunda qeydə almışdı.

Fransalı hücumçu 2024-cü ilin yayında “Real”a transfer olunub. Bu müddət ərzində o, bütün turnirlərdə 51 qol vurub. Anri isə 2007–2010-cu illərdə “Blaquranada” çıxış edib və həmin dövrdə 49 qol vurmuşdu.

Chosen
40
90deqiqe.az

1Sources