EN

"Neftçi"dən yaxşı oynadıq" - Saşa İliç

"Neftçi" Azərbaycan Premyer Liqasının V turu çərçivəsində səfərdə "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Saşa iliç oyundan sonra baş tutan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Bu gün maraqlı oyun keçdi. Əlimizə düşən şanslarından istifadə etmədik. Çox yersiz qol buraxdıq. Həmin epizodda xeyli müdafiəçimiz var idi. Futboldur da, belə şeylər olur".

- Futbolçu kimi "Neftçi"yə qarşı oynamışdınız. Bu dəfə baş məşqçi kimi "Neftçi"yə rəqib oldunuz...

- Bəli, əvvəl futbolçu kimi oynamışdım. Bir dəfə təsnifat mərhələsində və qrup mərhələsində. Həmin görüşlər fərqlidir. Oyunçu və məşqçi kimi deyirəm. "Neftçi" Azərbaycanın ən böyük klublarından biridir.

- Son iki matçda "Sumqayıt"ın oyununda eniş var. Bunu özünüz görürsüz və nə deyərdiz?

- Mən belə fikirləşmirəm. Çünki bəzi səhvlərimiz oldu və qolları ondan sonra buraxdıq. Bu gün "Neftçi"dən daha yaxşı oynadıq.

- Ən çox hansı epizoda təəssüfləndiniz? Aleksander Ramalinqomun iki qol epizodu oldu...

- Elə qeyd etdiyiniz qol epizodları var idi. Üç vuracağımız epizod oldu, dəyərləndirə bilmədik. Səhvlər buraxdıq. Ən böyük səhv isə müdafiədə buraxdığımız səhvlər idi.

Chosen
33
3
sportinfo.az

10Sources