EN

“Sumqayıt” - “Neftçi” 0:2 - Video

Azərbaycan Premyer Liqasının 5-ci turunun “Sumqayıt” – “Neftçi” matçı meydan sahiblərinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatdı.

Arena.az Sumqayıtda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
5-ci tur
21 sentyabr

“Sumqayıt” – “Neftçi” 0:2
Qollar: Ağadadaş Salyanski, 79. Alessio Kurçi, 90+2.
Sarı vərəqələr: Səbuhi Abdullazadə, 52 (qeyri-idman hərəkəti). Ronaldo Vaskes, 65 (hakimin qərarına etiraz). Rüstəm Əhmədzadə, 81 (hakimin qərarına etiraz) – Sessi D`Almeyda, 29 (qeyri-idman hərəkəti). Freddi Varqas, 90 (oyunun bərpasının ləngidilməsi).
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Samir Abasov, 31 (hakimin qərarına etiraz).
Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 4 dəqiqə.
Saat 19:30. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 3500 tamaşaçı.

Baş hakim: Elçin Məsiyev.
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov.
Dördüncü hakim: Əkbər Əhmədov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.

Sumqayıt: 1. Mehdi Cənnətov, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 19. Roi Kehat (10. Nikola Ninkoviç, 83), 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 72. Rayan Senhadji, 23. Ronaldo Vaskes (71. Masaki Murata, 70), 80. Keffel Resende, 11. Aleksa Yankoviç (21. Nihad Əhmədzadə, 70), 25. Abdul Raşid Mumini.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 3. Höccət Haqverdi, 6. Rauf Rüstəmli, 75. Nadir Orucov, 97. Vüsal Paşayev.
Baş məşqçi: Saşa İliç.

Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 17. Murad Xaçayev, 77. Falaye Sako, 6. Sessi Dalmeyda, 24. Mustafa Sek, 9. Bassala Sambu (22. Luis Ortis, 59), 11. İmad Faraj (28. Alessio Kurçi, 90), 10. Freddi Varqas (4. Elvin Camalov, 90), 23. Cordan Rezabala (19. Ağadadaş Salyanski, 73).
Ehtiyat oyunçular: 1. Emil Balayev, 93. Rza Cəfərov, 7. Emil Səfərov, 47. Murad Məmmədov, 14. Edvin Kuç, 27. Kristian Kostin.
Baş məşqçi: Samir Abasov.

error: Məzmun qorunur!
Chosen
16
14
arena.az

10Sources