EN

17 yaşında borc aldı, bu gün 37 min restoranı var

1965-ci ildə 17 yaşlı Fred DeLuca dostundan cəmi 1000 dollar borc götürərək Konnektikutda kiçik bir sendviç dükanı açdı.

NOCOMMENT.az valyuta.az-a istinadən xəbər verir ki, ilk mağaza sadə idi, amma ideya aydın idi: müştəriyə ucuz və dadlı sendviç təqdim etmək.

Bir neçə il ərzində ad dəyişdirilərək “Subway” oldu və 1974-cü ildə franchayzinq modelinə keçid brendin sürətli böyüməsinə səbəb oldu.

1990-cı ildə restoranların sayı artıq 5000-ə çatmışdı, 1996-cı ildə isə 12,516 filial fəaliyyət göstərirdi və şirkətin illik gəliri 3,2 milyard dollara yüksəlmişdi. 2010-cu ildə Subway 33,749 restoranla dünyada ən çox filialı olan restoran şəbəkəsinə çevrildi və bu göstəricidə McDonald’s-ı geridə qoydu.

Son illərdə ABŞ-da mağazaların sayı bir qədər azalsa da, Subway bu gün də gücünü qoruyur. Hazırda şirkət 100-dən çox ölkədə 37 minə yaxın filialla fəaliyyət göstərir. Sadə sendviç ideyası bir gəncin 1000 dollarlıq başlanğıcı ilə qlobal brendə çevrilərək sürətli genişlənmənin klassik nümunəsi oldu.

Chosen
22
nocomment.az

1Sources