EN

Oğuzda avtomobil piyadanı vuraraq öldürüb

Oğuz rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

KONKRET.az “Report”a istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, rayonun Baş Daşağıl kənd sakini, 1979-cu il təvəllüdlü Sadəddin Tahir oğlu Abdulhəmidov yolu keçərkən avtomobil onu vurub.

S.Abdulhəmidov hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Chosen
51
8
konkret.az

10Sources