EN

Həsrət Cəfərov növbəti dəfə dünya ikincisi olub

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 21 sentyabr, AZƏRTAC

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, son yarış günündə yunan-Roma güləşi üzrə 63, 67 və 87 kiloqramlarda medalçılar müəyyənləşib.

İkinci dəfə dünya çempionatının finalına yüksələn Həsrət Cəfərov (67 kiloqram) həlledici görüşdə iranlı Olimpiya çempionu Səid Esmaili ilə qarşılaşıb. Rəqibinə minimal fərqlə (1:2) məğlub olan güləşçimiz növbəti dəfə dünya çempionatında gümüş medal qazanıb. Bu, onun böyüklər arasında 3-cü (2 gümüş, 1 bürünc) dünya çempionatı medalı olub.

Bununla da yunan-Roma güləşçilərimizin mundialda medallarının sayı 4-ə çatıb. Xatırladaq ki, daha əvvəl Ülvü Qənizadə (72 kiloqram) qızıl, Eldəniz Əzizli (55 kiloqram) və Murad Əhmədiyev (97 kiloqram) isə bürünc medalı boyunlarından asıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
15
20
azertag.az

10Sources