Braziliya rəhbərliyi Amerika Birləşmiş Ştatların BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində İspaniya ilə demokratiyaya dair birgə konfransına dəvət etməyib
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “CNN Brasil” məlumat yayıb.
Rəsmi Braziliya bu addımı Donald Tramp administrasiyasının Braziliyada demokratiya və seçkiləri şübhə altına alması ilə izah edib.
Konfransa dəvətlər digərləri ilə yanaşı, Kolumbiya, Meksika, Çili, Keniya, Almaniya, Fransa və Kanadaya da göndərilib. BMT-nin baş katibi Antonio Quterreşin konfransda iştirakı gözlənilir.
Qeyd edək ki, ikinci ildir ki, Cənubi Amerika respublikasının hakimiyyət orqanları İspaniya ilə birlikdə BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyası çərçivəsində “Demokratiyanın müdafiəsində və ekstremizmə qarşı” forumunu təşkil edir.
BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində ümum