EN

Fransa çempionatında əzəli rəqiblərin oyunu təxirə salındı

ain.az, Oxu.az saytına istinadən bildirir.

Fransa Liqa 1-in 5-ci turunda keçirilməsi planlaşdırılan "Marsel" - PSJ matçı əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.

Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, qarşılaşma Buş-dü-Ron vilayətinin rəhbəri Jorj-Fransua Lekler tərəfindən ləğv edilib.

Məlumata görə, oyunun keçiriləcəyi ərazi bu gün günortadan sonra yağan güclü yağış və tufandan zərər görüb.

Qeyd olunub ki, matç zamanı yarana biləcək qasırğa riski səbəbindən oyunu təxirə salınıb.

Matçın yeni tarixi ilə bağlı heç bir məlumat verilməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
22
2
oxu.az

10Sources