EN

Londona uçan təyyarə Bakıda təcili eniş etdi

“EVA Air” aviaşirkətinə məxsus və Banqkok-London marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib.

Bu barədə KONKRET.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidməti məlumat verilib.

Bildirilib ki, buna səbəb göyərtədəki sərnişinlərdən birinin səhhətində yaranmış kəskin problem olub:

“Boeing 777 tipli təyyarə yerli vaxtla saat 17:44-da Bakı hava limanına uğurla eniş edib. Sərnişinə dərhal yerində tibbi yardım göstərilib. Hazırda zəruri tibbi qiymətləndirmə aparılır və sərnişinin vəziyyətinə nəzarət davam etdirilir”.

Chosen
13
41
konkret.az

10Sources