EN

Maşın yoxdur, amma 24 saatlıq restoran var...

Texnologiya vÉ™ sÉ™s-küylü ÅŸÉ™hÉ™rlÉ™rlÉ™ dolu dünyada belÉ™ bir mÉ™kana rast gÉ™lmÉ™k çətin görünÉ™ bilÉ™r. Lakin Åžimal Devon sahillÉ™ri yaxınlığında, Bristol körfÉ™zindÉ™ yerləşən Lundi adası mÉ™hz belÉ™ bir yerdir. 

Ölkə.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Adada çoxlu sayda vəhşi heyvan yaşayır, o cümlədən atlantik burunquşlar. Onların sayı əhalidən 15 dəfə çoxdur.

Burada avtomobillərin hərəkəti qadağandır. Adanı yazdan payıza qədər "MS Oldenburg" adlı bərələrlə ziyarət etmək mümkündür. Aprel-oktyabr aylarında Bideforddan İlfraçomba qədər səyahət təxminən iki saat çəkir. Qış mövsümündə isə adaya yalnız helikopterlə getmək olar.

Adanın elektrik enerjisi milli şəbəkəyə qoşulmayıb, generator vasitəsilə təmin olunur və hər gün gecəyarısı söndürülür. Lundidə nəqliyyat vasitəsi yoxdur, lakin turistlər üçün müxtəlif görməli yerlər mövcuddur. Onlardan biri də adanın yeganə tavernası "Marisco Tavern"dir. Burada mobil telefondan istifadə qəti qadağandır. Qaydanı pozan hər kəs bir funt-strelinq cərimə ödəməlidir.

Tavernanın alkoqollu içki satışı üçün xüsusi icazəsi var və bu bina adada gecələr işıqlı qalan yeganə məkandır. Menyuda bəzən adaya məxsus məhsullardan, məsələn, Lundi quzusundan hazırlanmış yeməklər də olur.

Səyahətçilər həmçinin XIII əsrə aid qala və Köhnə mayakı ziyarət edə bilərlər. Sahilboyu ərazilərdə isə çoxlu sayda suitilər və digər vəhşi heyvanlara rast gəlmək olar.

Hazırda adada təxminən 28 nəfər yaşayır. Qonaqlar bu kiçik icmaya qısa müddətlik qoşularaq 23 fərqli mətbəxi olan evlərdən birində qala bilərlər. Bundan əlavə, adada düşərgə və kiçik ərzaq mağazası mövcuddur.

Telefon zəngi etmək lazım gəldikdə, "Marisco Tavern"dəki taksofondan istifadə edilir, çünki mobil rabitə çox vaxt sabit işləmir. Yüksək sürətli internet isə adada yalnız 2023-cü ildən mövcuddur.(qaynarinfo)

Chosen
13
4
olke.az

5Sources