EN

Estoniyanın tələbi ilə sentyabrın 22-də BMT TŞ-nin fövqəladə iclası keçiriləcək

BMT Təhlükəsizlik Şurasının Rusiya "MiQ-31" qırıcılarının Estoniya hava məkanını pozması ilə bağlı fövqəladə iclası sentyabrın 22-də keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyi məlumat verib.

Ölkənin xarici işlər naziri Marqus Tsaxna iddia edib ki, Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiya BMT-nin bütün üzvlərinin təhlükəsizliyi üçün vacib olan prinsipləri pozur, buna görə də məhz bu dünya təşkilatının orqanının iclasında müzakirə keçirmək lazımdır.

Daha əvvəl Estoniyanın Baş naziri Kristen Mixal bildirmişdi ki, ölkə hakimiyyəti Rusiya qırıcılarının Estoniya hava sərhədlərini pozması ilə əlaqədar Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsinə uyğun olaraq NATO üzvləri ilə məsləhətləşmələr tələb edib.

Xatırladaq ki, Estoniya hakimiyyəti sentyabrın 19-u səhər saatlarında üç Rusiya "MiQ-31" qırıcısının onun hava məkanına daxil olduğunu iddia etmişdi.

Chosen
15
2
ikisahil.az

3Sources