EN

Cevdet Yılmaz ''İş dünyasının görüşü'' adlı tədbirdə çıxış edib

Türkiyenin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana etdiyi səfər çərçivəsində  “Türkiye Yüz İli əməkdaşlıq və həmrəylik platforması'' ilə Türkiyenin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən ''İş dünyasının görüşü'' adlı tədbirdə iştirak edib.
Tədbirdə çıxış edən Cevdet Yılmaz  dost və qardaş Azərbaycanda olduğu üçün çox xoşbəxtlik olduğunu ifadə edib və Türkiye Prezidenti  Rəcəb Tayyib Ərdoğanın salamlarını çatdırıb.
Azərbaycan-Türkiye münasibətlərinin çox dərin olduğunu vurğulayan Cevdet Yılmaz bunun ən yaxşı göstəricilərindən birinin iki ölkə arasında siyasi səfərlərin sıxlığının olduğunu diqqətə çatdırıb.
Cevdet Yılmaz  Prezident Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin son bir ayda üç dəfə görüşdüyünü xatırladaraq, xarici işlər naziri Hakan Fidanın ötən həftə Azərbaycana səfər etdiyini, ticarət naziri Ömər Bolatın isə sabah Azərbaycana səfərə gələcəyini bildirib.
İki ölkə arasında “bir millət, iki dövlət” şüarı ilə inkişaf edən münasibətlərin ticarət və iqtisadi sahədə güclü şəkildə öz əksini tapmasını istədiklərini ifadə edən Cevdet Yılmaz deyib: “Sizinlə birlikdə uğur qazanacağımıza ürəkdən inanıram.  Dostluq münasibətlərinə əsaslanan əlaqələrin digər qardaş ölkələri də əhatəsinə alaraq çoxtərəfli forma alması üçün birlikdə çalışırıq. Azərbaycanla Türkiyənin inkişaf etdirdiyi bu münasibətlər bütün Qafqaz üçün rifah deməkdir”.



Chosen
259
6
trt.net.tr

10Sources