Almaniyada 2027-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etməyi planlaşdırmıram.
Axar.az xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen deyib.
O, seçkilərlə bağlı düşünmədiyini deyib:
“Mən Komissiya prezidenti kimi vəzifələrimə tam sadiqəm və digər vəzifələr üçün namizəd deyiləm”, - Leyen vurğulayıb.
Qeyd edək ki, Fon der Leyen 2019-cu ildən bəri Avropa Komissiyasına rəhbərlik edir və ötən il bu vəzifəyə yenidən təyin olunub. Almaniya mediasında onun 2029-cu ildə başa çatacaq mandatından əvvəl istefa verərək ölkəsinin prezidentliyinə namizəd ola biləcəyi barədə məlumatlar yayılmışdı.