EN

Qaraciyərin yağlanmasına səbəb olan MƏHSULLAR

"Qaraciyərin yağlanması (piyli hepatoz) xüsusilə artıq çəkisi olan insanlar arasında olduqca geniş yayılmış problemdir və sağlamlıq üçün ciddi təhlükə ola bilər".

Bunu Gazeta.ru-ya rusiyalı həkim-qastroenteroloq, dietoloq Natalya Panina deyib.

Paninanın sözlərinə görə, qaraciyərin yağlanması diaqnozu orqan hüceyrələrinin 5%-dən çoxu yağ toplayanda qoyulur. Bu xəstəliyin əsas təhlükəsi ondan ibarətdir ki, ürək-damar xəstəliklərinin ehtimalını artırır və sirroza gətirib çıxara bilər.

Piyli hepatozun inkişafının əsas risk amillərindən biri spirtli içkilərin müntəzəm qəbuludur.

"Kişilər üçün 40 q, qadınlar üçün isə 20 q etanoldan çoxunu müntəzəm qəbul etmək xəstəlik riskini artırmaq üçün kifayətdir", - deyə Panina izah edib.

Onun sözlərinə görə, doymuş yağların və transyağların artıqlığı qaraciyər üçün heç də az təhlükə təşkil etmir, onlar fast-fudda və yarımfabrikatlarda olurlar.

Qaraciyərin yağlanmasının inkişafının başqa bir risk amili fruktoza və sadə karbohidratların artıqlığıdır ki, bunlar əsasən şirəli içkilərdə müşahidə olunur. 

Chosen
7
5
news365.az

6Sources