EN

Formula 2 Azərbaycan Qran-Prisinin əsas yarışının qalibi bəlli olub


Bakıda Formula 2 Azərbaycan Qran-Prisinin əsas yarışı başa çatıb. Yarışda hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparıb.

Ən yaxşı nəticəyə Cek Krauford (“DAMS”) imza atıb. Yoşua Dürksen “AIX Racing" ikinci, Dino Beqanoviç (“TGR") üçüncü olub.

Qran-Prinin ilk günündə təşkil olunmuş birinci sərbəst yürüşdə Aleks Dunne (“Rodin”), sıralama turunda isə C.Krauford qalib olub. Sprint yarışında isə isveçli D.Beqanoviç birinci yeri tutub.

Bu gün, həmçinin saat 15:00-da Formula 1 üzrə əsas yarış baş tutacaq.

ZÜMRÜD

Chosen
9
7
baki-xeber.com

8Sources