
Bakıda “Formula 2” Azərbaycan Qran-Prisinin əsas yarışı başa çatıb.
Yeniavaz.com xəbər verir ki, yarışda hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparıb.
Ən yaxşı nəticəyə Cek Krauford (“DAMS”) imza atıb. Yoşua Dürksen “AIX Racing” ikinci, Dino Beqanoviç (“TGR”) üçüncü olub.
Qran-Prinin ilk günündə təşkil olunmuş birinci sərbəst yürüşdə Aleks Dunne (“Rodin”), sıralama turunda isə C.Krauford qalib olub. Sprint yarışında isə isveçli D.Beqanoviç birinci yeri tutub.
***11:09
Bakıda təşkil olunan “Formula 2” üzrə Azərbaycan Qran-prisində əsas yarış start götürüb.
Yeniavaz.com xəbər verir ki, mübarizə saat 11:00-da başlayıb.