EN

Qrip və ya koronavrus bədəninizdə yatmış xərçəng hüceyrələri oyandıra bilər

Qaynarinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Yeni aparılan araşdırma göstərib ki, qrip və COVİD-19 kimi tənəffüs yolu infeksiyaları, bədəndə uzun illər susqun vəziyyətdə qalan xərçəng hüceyrələrini aktivləşdirə bilər. 

Qaynarinfo xəbər verir ki, alimlər bu vəziyyətin ölümcül metastatik xəstəliklərin yaranmasına zəmin hazırlaya biləcəyini bildiriblər.

Araşdırma ABŞ-da Montefiore Eynşteyn Hərtərəfli Xərçəng Mərkəzinin rəhbəri doktor Xulio Aquirre-Qiso tərəfindən aparılıb. 

"Əldə etdiyimiz nəticələr göstərir ki, keçmişdə xərçəng diaqnozu qoyulmuş şəxslər qrip və oxşar infeksiyalara qarşı daha diqqətli olmalıdırlar", deyə həkim qeud edib.

Viruslar gizli hüceyrələri oyadır

Təcrübələr zamanı döş xərçəngi keçirmiş və ağciyərlərində susqun xərçəng hüceyrələri olan siçanlar qrip və COVİD-19-a bənzər viruslara məruz qoyulub. Hər iki halda viruslar ağciyərlərdəki gizli hüceyrələri aktivləşdirib və iki həftə ərzində metastatik lezyonların yaranmasına səbəb olub. 

Kolorado Universiteti Xərçəng Mərkəzindən doktor Ceyms DeQreqori prosesi belə izah edib: "Yatməış xərçəng hüceyrələri tərk edilmiş düşərgədə qalan közlər kimidir. Tənəffüs yolu virusları isə bu közləri yenidən alovlandıran külək kimidir".

İltihab metastazı sürətləndirir

Alimlər uzun müddətdir ki, xroniki iltihabın susqun xərçəng hüceyrələrini aktivləşdirə biləcəyini düşünürdülər. Araşdırma bu ehtimalı təsdiqləyib. 

Xüsusilə immun sisteminə aid interlökin-6 (IL-6) adlı proteinin bu prosesi sürətləndirdiyi müəyyən edilib. Dr. Aquirre-Qiso, IL-6 hədəfli dərmanların infeksiyadan sonra metastaz riskini azalda biləcəyini vurğulayıb.

Peyvənd və erkən müdaxilə həyati əhəmiyyət daşıyır

Mütəxəssislər bu nəticələrin xüsusilə xərçəng xəstələri və keçmişdə müalicə almış şəxslər üçün ciddi nəticələr doğura biləcəyinə diqqət çəkiblər. Nyu-Yorkdakı Northwell Staten Island Universitet Xəstəxanasının döş cərrahı doktor Karişma Kollipara, tənəffüs yolu infeksiyalarına qarşı vaksinlənmənin və erkən diaqnozun vacibliyini bildirib.

"Virusların xərçənglə əlaqəsi yeni deyil. Məsələn, HPV uşaqlıq boynu xərçənginə, Helicobacter pylori bakteriyası isə mədə xərçənginə səbəb olur. Ortaq məqam isə iltihabın azaldılmasıdır", deyə həkim qeyd edib.

Araşdırmalar davam edəcək

Dr. Aquirre-Qiso və komandası yalnız döş xərçəngi deyil, digər xərçəng növləri və müxtəlif orqanlarda gizli hüceyrələr üzərində də işlərini davam etdirəcək. Mütəxəssislər hesab edirlər ki, tənəffüs yolu infeksiyalarının uzunmüddətli təsirlərinin daha yaxşı öyrənilməsi həm ictimai sağlamlıq, həm də xərçəng müalicələri üçün böyük əhəmiyyət kəsb edir.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
11
1
qaynarinfo.az

2Sources