2025-ci il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, noyabr ayında 2 tarixi günlə əlaqədar qeyri-iş günü olacaq.
Axar.az xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 noyabr isə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür.
Hər iki gün isə müvafiq olaraq şənbə, bazar gününə təsadüf edir.
Bu səbəbdən noyabrın 10, 11 tarixlərinin də qeyri-iş günü olacağı gözlənilir.
Ümumilikdə bayramlara görə, noyabrda şənbə-bazar daxil olmaqla, 4 gün ardıcıl iş olmayacaq.