EN

Bu xəstəlikdən 10–20 il əvvəl başlaya bilər - Tanınmış professordan ŞOK XƏBƏRDARLIQ

Son illərdə sürətlə artan Altsheymer xəstəliyi insanların gündəlik həyat bacarıqlarına təsir edərək onların müstəqilliyini itirməsinə səbəb olur.

Musavat.com-un xəbərinə görə, professor Lütfü Hanoğlu bildirib ki, artıq xəstəlik bioloji diaqnostika üsulları ilə erkən mərhələdə aşkarlana bilir və beləliklə, yeni müalicə üsullarının təsiri daha yüksək olur. 

Həkim qeyd edib:

"Son illərdə xəstəliyin gedişatını ləngidə bilən müalicə üsulları hazırlanıb. Ancaq bu müalicələr yalnız erkən diaqnoz qoyulmuş hallarda effektlidir".

Altsheymerin beyində "amiloid" və "tau" adlanan zülalların yığılması ilə yarandığını xatırladan professor bu proseslərin xəstəlik başlamadan 10-20 il əvvəl də baş verə biləcəyini bildirib.

Onun sözlərinə görə, artıq Türkiyədə amiloid PET üsulu ilə bioloji diaqnoz qoymaq mümkündür, yeni biomarker testləri isə ümidverici nəticələr göstərir.

Lütfü Hanoğlu yalnız xəstəlik ortaya çıxdıqdan sonra deyil, risk daşıyan insanların da mütəmadi izlənilməsinin vacibliyini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
10
2
olaylar.az

3Sources