EN

Formula 1: Azərbaycan Qran-Prisinin əsas yarışı start götürdü

Bakıda təşkil olunan Azərbaycan Qran-Prisi çərçivəsində Formula 1 üzrə əsas yarış start götürüb.

Day.Az xəbər verir ki, mübarizə 10 komanda və 20 pilot arasında keçir.

Yarışa "Red Bull Racing" komandasının niderlandlı pilotu Maks Ferstappen "Pole" mövqeyindən başlayır. O, sıralama turunda ən yaxşı nəticəni göstərib.

"Williams"in üzvü ispaniyalı Karlos Sayns ikinci, "Racing Bulls"dan yeni zelandiyalı Liam Louson üçüncü olub.

İlk sərbəst yürüşdə "McLaren" komandasının britaniyalı pilotu Lando Norris, ikinci sərbəst yürüşdə "Ferrari"nin üzvü britaniyalı Lyuis Hemilton, üçüncü sərbəst yürüşdə "McLaren"dən britaniyalı Lando Norris birinci olub.

Qeyd edək ki, Azərbaycan Qran-Prisinə bu gün yekun vurulacaq.

Chosen
17
6
day.az

10Sources