EN

Əhməd Əl Şaraa ABŞ-yə səfər edib

Suriyanın keçid dövrü prezidenti Əhməd Əl Şaraa BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün ABŞ-yə səfər edib.

Operativ Media xəbər verir ki, bu, 1967-ci ildən bəri Suriyadan ABŞ-yə prezident səviyyəsində ilk rəsmi səfərdir.

Məlumata görə, Əl Şaraa dörd nazirin müşayiəti ilə səfər edir.

Gözlənilir ki, bu səfər Suriya ilə ABŞ arasında diplomatik münasibətlərin bərpası, o cümlədən Vaşinqtonda Suriya səfirliyinin rəsmi açılışı məsələlərinin müzakirəsi üçün imkan yaradacaq.

24 sentyabrda Əl Şaraa BMT Baş Assambleyasının tribunasından çıxış edəcək.

"CBS News" kanalının Ağ Evdəki müxbiri Cennifer Ceykobs bildirib ki, ABŞ Prezidenti Donald Tramp ilə Suriya lideri arasında sessiya çərçivəsində görüş planlaşdırılır.

Chosen
1
29
operativmedia.az

10Sources