Ağcabədi rayonunun Hindarx qəsəbəsində ümumi sahəsi 221 m² olan birmərtəbəli 4 otaqlı evin mətbəxinin lambirdən ibarət tavanı 20 m² sahədə yanıb.
Bu barədə "Cebheinfo.az"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
"Cebheinfo.az"